Suriyada ötən ilin avqustunda girov götürülmüş iki italiyalı gənc qadın azad edilib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, söhbət avqustun 1-də naməlum silahlı şəxslər tərəfindən girov götürülmüş 21 yaşlı Vanessa Mardzulo və onun 20 yaşlı rəfiqəsi Qreta Ramellidən gedir. Onlar Suriyaya humanitar məqsədlə gəldikdən cəmi bir neçə gün sonra girov götürülüblər.
Qeyd edək ki, yanvarın 1-də internetdə yayılmış video çarxda əyinlərində çadra olan Vanessa və Qretta hökumətdən və vasitəçilərdən onların Milad bayramınadək azad edilməsini xahiş ediblər.