Qırğızıstanın Daxili İşlər Nazirliyi Oş vilayətində Suriyadakı hərbi əməliyyatlarda iştirak etmiş terrorçu qruplardan birini üzvünü həbs edib.
Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, nazirliyin təmsilçisi bildirib ki, Oş vilayətinin Qara-Suy rayonunun 37 yaşlı sakini 2013-cü ilin oktyabrında Suriyaya gedib və bu ilin aprelində geri dönüb.
“Müəyyən edilib ki, bu müddət ərzində o, təlim keçib və “Cabat ən-Nursa” terrorçu təşkilatın tərkibində hərbi əməliyyatlarda iştirak edib” - deyə, nazirlik nümayəndəsi bildirib.
Məsələ ilə bağlı cinayət işi açılıb.