Suriyada 50 İŞİD silahlısı məhv edildi
23 sentyabr 2015 21:18 (UTC +04:00)

Suriyada 50 İŞİD silahlısı məhv edildi

0

Suriyanın hərbi aviasiyası İŞİD terror qruplaşmasının Homs əyalətindəki mövqelərinə hava zərbələri endirib.  

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, terrorçuların Sadad şəhəri yaxınlığındakı mövqeləri hücuma məruz qalıb.

 

Sadad qruplaşmanın avqustun 4-də ələ keçirdiyi Əl-Kəryateyn şəhəri yaxınlığında yerləşir. Suriya Hərbi-Hava Qüvvələri həmçinin terrorçuların Sühnə və Palmiradakı mövqelərinə də hava zərbələri endirib.  Ümumilikdə hücum nəticəsində 50 terrorçunun məhv edildiyi bildirilir.

 

“Əl-Mayadin” telekanalının məlumatına görə, Homsdan 120 km aralıda yerləşən Əş-Şaer qaz yatağı ətrafında şiddətli döyüşlər davam edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar