Suriyada 299 nəfər acından ölüb
10 aprel 2014 03:06 (UTC +04:00)

Suriyada 299 nəfər acından ölüb

Suriyanın İnsan Haqları Təşkilatı bildirib ki, Bəşar Əsəd rejiminə müxalifətin nəzarəti altındakı bölgələr mühasirə vəziyyətində olduğundan 299 nəfərin acından ölüb.

 

Lent.az-ın “Anadolu” Agentliyinə istinadən məlumatına görə, mühasirədə olan iki milyon 300 min dinc sakin ərzaq çatışmazlığından əziyyət çəkir.

 

Mənbə bildirib ki, Suriyadakı rejim beynəlxalq qurumların həmin bölgəyə humanitar yardım aparmasına icazə vermir: “İcazə verdiklərinə isə gömrükdə problem yaradır. Yardımların rejimin  nəzarəti altında olan rayonlara göndərilməsində israr edir”.

 

Mənbə xatırladıb ki, bir müddət öncə Dəməşqdəki Yermük qaçqın düşərgəsində  128 nəfər acından ölmüşdü. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 456
avatar

Oxşar yazılar