Suriya Müxalif və Milli İnqilabçı Şurasının baş katibi Bədir Camus deyib ki, martda 141 qadın öldürülüb. Lent.az-ın “Anadolu” agentliyinə istinadən məlumatına görə, onların ikisi işgəncəyə məruz qalaraq, qətlə yetirilib.
“2011-ci il martın 15-dən indiyə kimi Bəşar Əsəd rejiminin basqınları nəticəsində 3 min 614 qız uşаğı və 9 min 321 qadın ölüb” -deyə, baş katibi bildirib.
Onun sözlərinə görə, Suriyadakı rejim bu müddət ərzində 31 qadını işgəncə mərkəzlərində öldürüb.