Suriyada 11 min məhbus azadlığa çıxdı
11 noyabr 2014 21:42 (UTC +04:00)

Suriyada 11 min məhbus azadlığa çıxdı

Suriya prezidenti Bəşər Əsədin bu ilin iyununda imzaladığı kütləvi amnistiya aktı 11 min məhbusu əhatə edib.  Bu barədə APA "RİA Novosti"-yə istinadən xəbər verir. 

 

“On bir min nəfər amnistiya olunaraq həbsxanalardan azad olunub”, deyə Suriyanın milli barışıq məsələləri üzrə dövlət naziri Əli Heydər bildirib.

 

Prezident Bəşər Əsəd tərəfindən imzalanan akt Suriyada böhran başlanandan ən irimiqyaslı kütləvi amnistiyadır. Məlumata görə, siyahılara hətta terrorçuluqda ittiham olunan şəxslər də daxil edilib.     

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 682
avatar

Oxşar yazılar