Suriya üzrə sülh danışıqları martın 7-də bərpa olunacaq
26 fevral 2016 13:18 (UTC +04:00)

Suriya üzrə sülh danışıqları martın 7-də bərpa olunacaq

0

Suriya ilə bağlı danışıqlar martın birinci həftəsində Cenevrədə bərpa oluna bilər.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-dəki mənbə bildirib.

 

“İlkin plana əsasən, Suriya üzrə danışıqlar martın 7-də Cenevrədə keçiriləcək”, - deyə mənbə qeyd edib.

 

Qeyd edək ki, daha əvvəl TASS agentliyi Suriya müxalifətindəki mənbəyə istinadən məsləhətləşmələrlə bağlı danışıqların martın 1-ci həftəsində baş tutacağını bildirmişdi.

 

Fevralın əvvəllərində Cenevrədə keçirilən danışıqların ilk raundu nəticəsiz başa çatıb. Danışıqların fevralın 25-nə bərpa edilməsi nəzərdə tutulsa da,BMT baş katibinin Suriya üzrə nümayəndəsi Staffan de Mistura bunun üçün şərtlərin uyğun olmadığını hesab etmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 389

Oxşar yazılar