Suriya üzrə donorlar 10  mlrd dollar topladılar
05 fevral 2016 06:48 (UTC +04:00)

Suriya üzrə donorlar 10 mlrd dollar topladılar

0

Londonda keçirilən Suriyaya dair donor konfransının iştirakçı ölkələri suriyalılar üçün 10 mlrd dollardan çox yardımın toplanması ilə bağlı razılığa gəliblər.    

 

“2016-cı ildə 6 mlrd dollar ayrılacaq, daha 5 mlrd dollar isə uzunmüddətli perspektivə hesablanıb və 2020-ci ilədək ayrılacaq”, deyə Böyük Britaniyanın baş naziri Devid Kemeron yekun mətbuat konfransında bildirib.  

 

Bu vəsaitlərin bir hissəsi Suriyaya birbaşa humanitar yardımın göstərilməsinə, qalan hissəsi isə Suriya və digər ölkələrin inkişafına dair müxtəlif layihələrin icrasına, həmçinin, 4,5 mln suriyalı qaçqını qəbul etmiş İordaniya, Türkiyə və Livana yönəldiləcək.   

 

“Suriyalı qaçqınlar və bölgə sakinləri üçün bir milyondan çox iş yerləri yaradılacaq”, deyə Kemeron bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 470

Oxşar yazılar