Suriya ordusundan genişmiqyaslı hücum
08 oktyabr 2015 13:21 (UTC +04:00)

Suriya ordusundan genişmiqyaslı hücum

0
Suriya ordusu genişmiqyaslı hücuma keçib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Suriya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əli Abdulla Eyyub bəyan edib.
 
Onun sözlərinə görə, ordunun hücuma keçməsinin məqsədi terror qruplaşmalarının məhv edilməsi, habelə terrorçulardan əziyyət çəkən yaşayış məntəqələrinin azad olunmasıdır.


Ə. Əyyub həmçinin qeyd edib ki, Suriya ordusunun hücuma keçməsinə Rusiyanın terrorçuların mövqelərinə endirdiyi zərbələr kömək edib. “Rusiya Hərbi-Kosmik Qüvvələrinin zərbələri “İslam Dövləti” terrorçu qruplaşmasının döyüş imkanlarını sarsıdıb”, - deyə o vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar