Suriya ordusu bu şəhəri geri qaytardı
26 yanvar 2016 04:29 (UTC +04:00)

Suriya ordusu bu şəhəri geri qaytardı

Suriya hökumət ordusu şiddətli döyüşlərdən sonra cənub Deraa əyalətində yerləşən Şeyx-Miskin şəhərini azad edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hazırda döyüşlər şəhərin qərb ətrafında davam edir.

 

“Şeyx-Miskin  strateji cəhətdən böyük əhəmiyyət kəsb edir. Şəhəri azad etməklə hökumət qüvvələri terrorçuların Dəməşqdən cənubda yerləşən nəqliyyat xətlərini kəsiblər”, deyə Suriya İnsan Haqları Rəsədxanasının rəhbəri Rami Əbdulrəhman bildirib.

 

Onun sözlərinə görə, şəhərə olduqca böyük ziyan dəyib, çox sayda dağıntılar var.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 335
avatar

Oxşar yazılar