Suriya müxalifətinin nümayəndə heyəti Cenevrəyə gəlib
31 yanvar 2016 04:23 (UTC +04:00)

Suriya müxalifətinin nümayəndə heyəti Cenevrəyə gəlib

0

Ər Riyadın dəstəklədiyi Suriya müxalifətinin nümayəndə heyəti beynəlxalq danışıqlarda iştirak etmək üçün Cenevrəyə gəlib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə nümayəndə heyətindəki mənbə bildirib.

 

Məlumata görə, Ər Riyadda formalaşdırılmış danışıqlar üzrə Ali komitənin əlaqələndiricisi Suriyanın sabiq baş naziri Riad Hicab Cenevrəyə gəlməyib.

 

Onun əvəzinə nümayəndə heyətinə Əsəd əz Zoubi rəhbərlik edir.  

 

Suriya böhranının dinc yolla nizamlanmasını nəzərdə tutan beynəlxalq “yol xəritəsi”nə əsasən, Suriya müxalifəti və hökuməti milli birlik hökumətinin formalaşdırılmasına dair razılığa gəldikdən sonra ölkədə yeni konstitusiyaya dair səsvermə keçirilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar