Suriya müxalifəti rəsmi Dəməşqə tələblər irəli sürdü
06 yanvar 2016 06:46 (UTC +04:00)

Suriya müxalifəti rəsmi Dəməşqə tələblər irəli sürdü

 Suriyanın müxalifət liderləri BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Misturaya rəsmi Dəməşqin etimadın artırılması istiqamətində addımlar atmasının lazım olduğunu bildiriblər. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, Suriyanın müxalifət liderləri rəsmi Dəməşqdən danışıqlara başlamazdan əvvəl həbs edilənlərin azadlığa buraxılmasını və dinc əhalinin yaşadığı ərazilərə zərbələrin endirilməməsini, üsyançıların nəzarəti altında olan ərazilərin  blokadasına son qoyulmasını tələb ediblər.  

 

Agentliyin məlumatına görə, müxalifət liderlərinin müzakirəyə çıxardığı tələblər BMT Təhlükəsizlik Şurasının dekabrın 18-də qəbul etdiyi qətnaməyə uyğundur.  Bu qətnamə Suriya böhranının dinc yolla nizamlanma prosesinin  beynəlxalq “yol xəritəsi”ni dəstəkləyib.  

 

Qətnaməyə əsasən,  müxalifət-hökumət danışıqlarının təşkil edilməsi qərara alınıb. Suriya müxalifəti və hökuməti altı ay ərzində milli birlik hökumətinin formalaşdırılmasına dair razılığa gəlməli, 18 ay ərzində isə ölkədə yeni konstitusiyaya dair səsvermə keçirilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 157
avatar

Oxşar yazılar