Suriya məsələsinə görə Rusiyaya sanksiyalar tətbiq oluna bilər
09 oktyabr 2015 14:27 (UTC +04:00)

Suriya məsələsinə görə Rusiyaya sanksiyalar tətbiq oluna bilər

0

 

Avropa İttifaqı RusiyanınSuriyadakı addımları ilə əlaqədar bu ölkəyə yeni sanksiyalar tətbiq edə biləcəyini istisna etmir.

 

APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, bunuAvropa İttifaqının adının çəkilməsini istəməyən yüksək səviyyəli məmuru deyib. O bildirib ki, xarici işlər nazirləri səviyyəsində 12 oktyabrda keçiriləcək Avropa İttifaqı Şurasının iclasında RusiyanınSuriyadakı hərbi əməliyyatları müzakirə olunacaq: “Biz hava zərbələrinin məhz "İŞİD" silahlılarını hədəf almasına və terrorizmlə mübarizəyə yönəldiyinə əmin olmalıyıq”.

 

Xatırladaq ki, Qərb dövlətləri Rusiyanı Suriyada "İŞİD" terrorçularına deyil, Suriya prezidenti Bəşər Əsədə müxalif qüvvələrə zərbələr endirməkdə ittiham edirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar