Suriya ilə sərhəddə 3 türk əsgəri həlak olub
09 dekabr 2014 11:07 (UTC +04:00)

Suriya ilə sərhəddə 3 türk əsgəri həlak olub

0
Türkiyə Silahlı Qüvvələrinin 3 əsgəri Suriya ilə sərhəddə odlu silahdan açılan atəş nəticəsində həlak olub.

 

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, hadisə dekabrın 9-na keçən gecə, yerli vaxtla saat 00.30-da Şanlıurfa vilayətinin Ceylanpınar rayonu ərazisində, Suriya ilə sərhəd xəttində baş verib.

 

Şanlıurfa valisi İzzəddin Kiçik olayı araşdırdıqlarını  bildirib. Atəşin Suriya ərazisindən – “İŞİD”lə yerli kürd qruplaşmaları arasında toqquşmaların davam etdiyi Telhanzir kəndi tərəfdən açıldığı güman olunur.

 

Hadisədən sonra sərhəd xəttinin mühafizəsi gücləndirilib və bölgəyə əlavə qüvvə göndərilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 249

Oxşar yazılar