Suriyalıların yarısının humanitar yardıma ehtiyacı var
27 iyun 2014 01:10 (UTC +04:00)

Suriyalıların yarısının humanitar yardıma ehtiyacı var

0

Suriyada humanitar yardım ehtiyacı olan sakinlərin sayı  əhalisinin 10,8 milyona çatıb.

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, bu haqda BMT Təhlükəsizlik Şurasının toplantısında qurum baş katibinin humanitar məsələlər üzrə  müavini Valeri Amos bildirib. Onun sözlərinə əsasən, bu 3 il öncəkindən 10 dəfə çoxdur.

 

“2011-ci ildə Şurada demişdim ki, Suriyada əhalinin bir milyonunun humanitar yardıma ehtiyacı var. Bu günsə onların sayı 10,8 milyona çatıb”-deyə, o,vurğulayıb.

 

O, deyib ki, yalnız yarım ildə ərzaq, medikament və başqa bu sayaq mallara ehtiyacı olanların sayı 1,5 milyon nəfərdir.

 

BMT təmsilçisinin sözlərinə görə, suriyalıların 4,7 milyonu  döyüş gedən bölgələrdə yaşadığından onlara humanitar yardım çatdırmaq mümkün deyil.

 

Xatırladaq ki, Suriya Mərkəzi Statistika Bürosu 2011-ci il dekabrın 31-də  ölkənin daimi əhalisinin sayının 21,377 milyon olduğunu bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 723

Oxşar yazılar