Suriya danışıqları təxirə salına bilər
21 yanvar 2016 20:50 (UTC +04:00)

Suriya danışıqları təxirə salına bilər

Yanvarın 25-nə planlaşdırılmış Suriyaya dair danışıqlar, çox güman ki,  bir neçə günlük təxirə salınacaq. APA-nın “Associated Press”-ə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Suriya üzrə xüsusi elçisinin mətbuat katibi  Cessi Şain bildirib.  

 

Onun sözlərinə görə, danışıqların tarixinin “praktiki səbəblərdən” dəyişdiriləcəyi ehtimal olunur.

 

Bundan əvvəl ABŞ dövlət katibi Con Kerri də Suriya üzrə danışıqların bir-iki günlük təxirə salınacağını ehtimal edib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240
avatar

Oxşar yazılar