Şuranın dəstəyi ilə Fransada Azərbaycanla bağlı məqalə dərc olunub
16 sentyabr 2014 18:24 (UTC +04:00)

Şuranın dəstəyi ilə Fransada Azərbaycanla bağlı məqalə dərc olunub

 

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-rə Dövlət Dəstəyi Şurasının xarici QHT-ər üçün qrant müsabiqəsi çərçivəsində maliyələşdirdiyi “Beynəlxalq Risklərin Analizi və Proqnozu Mərkəzi” tərəfindən Fransanın məşhur “Diplomatiya” jurnalının xüsusi buraxılışı nəşr edilib. 

Lent.az-ın məlumatına görə, jurnalın Azərbaycana həsr olunan geniş məqaləsində Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsində doğma yurd yerlərindən didərgin düşən 1 milyondan çox məcburi köçkün haqqında ətraflı məlumat verilir. Məqalədə qeyd edilir ki, Ermənistan BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və bəyannamələrə məhəl qoymayaraq Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam edir.

Jurnalda Ermənistan tərəfindən işğal edilmiş rayonlar, məcburi köçkünlərin sıx məskunlaşdıqları müvəqqəti yaşayış əraziləri və keçmiş çadır düşərgələri xəritələrlə Avropa oxucusuna təqdim edilib. Məqalədə həmçinin qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə dövlət proqramına uyğun olaraq yeni salınan yaşayış məntəqələrinə aid məlumatlar və zəngin illüstrasiyalar da verilib.

Xüsusi buraxılışda Xocalı soyqırımını əks etdirən fotolarda yer alıb.

Qeyd edək ki, “Diplomatiya” jurnalı iki ayda bir dəfə 20.000 tirajla çap edilir və Fransa başda olmaqla  dünyanın 40 ölkəsində yayılır. Əsas auditoriyası siyasətçilər, alimlər, tarixçilər və ictimaiyyətin digər fəal nümayəndələridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 593

Oxşar yazılar

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi  qüvvəyə mindi

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi

19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38