Gürcüstanın Kaxeti bölgəsindəki Telavi rayon mərkəzindən sonra İosif Stalinin büstü doğulub boya-başa çatdığı Qori şəhərindən də götürülüb. Lent.az-ın AzərTAC-a istinadən verdiyi xəbərə görə, İ.Stalinin büstü Qori bələdiyyəsinin sədri Zaza Naskidaşvilinin göstərişi ilə götürülüb.
Bələdiyyə başçısının bu qərarı, bəzi qüvvələrin büstün önünə toplaşıb fitnəkarlıq törədəcəklərinə dair alınmış məlumatlarla əlaqədar qəbul etdiyi bildirilir.