Şotlandiyanın müstəqil olub-olmayacağı bu gün bilinəcək
19 sentyabr 2014 04:33 (UTC +04:00)

Şotlandiyanın müstəqil olub-olmayacağı bu gün bilinəcək

Şotlandiyanın müstəqilliyi haqqında referendumda səslərin hesablanmasına başlanılıb. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, səslərin hesablanması səhərədək davam edəcək, fərdi nəticələr Şotlandiyanın 32 bölgəsi üzrə ayrı-ayrılıqda elan olunacaq. Məlumata görə, səsvermədə 4 milyondan çox seçici iştirak edib. Nəticələr bu gen elan olunacaq.

 

“Exit-poll”un nəticələrinə əsasən, referendumda iştirak edən şotlandların 53 faizi Şotlandiyanın Böyük Britaniyanın tərkibində qalmasına səs verib. 

 

Şotlandiyanın müstəqilliyini isə seçicilərin 47 faizi dəstəkləyib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 724

Oxşar yazılar