Şotlandiya müstəqilliyə "YOX" dedi <span style="color:red;">- RƏSMİ
19 sentyabr 2014 10:57 (UTC +04:00)

Şotlandiya müstəqilliyə "YOX" dedi - RƏSMİ

Dünən müstəqilliklə bağlı keçirilmiş referendumun nəticələrinə görə Şotlandiya Böyük Britaniyanın tərkibində qalacaq. Lent.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, 1 milyon 877 min nəfər müstəqilliyin əleyhinə səs verib ki, bu da “yox” variantı üçün nəzərdə tutulmuş 1 milyon 852 min səddini keçib. 1 milyon yarım səs isə müstəqilliyin lehinə verilib. Referendumda 80 faizdən çox insan iştirak edib.

 

5 milyon 300 min əhalisi olan Şotlandiyada 16 yaşdan yuxarı insanlar səhər saat 07.00-dan axşam 22.00-yə qədər səs hüququndan istifadə edib.

 

Şotlandiya İngiltərə, Uels və Şimali İrlandiya ilə birlikdə Böyük Britaniyanın tərkibindəki 4 ölkədən biridir. 

 

Şotlandiya 1707-ci ildə şotland və ingilis parlamentləri tərəfindən qəbul edilmiş Birləşmə Qanunu ilə Böyük Britaniyanın hakimiyyəti altına keçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1299
avatar

Oxşar yazılar