Şotlandiyada müstəqillik referendumu keçirilir
18 sentyabr 2014 12:39 (UTC +04:00)

Şotlandiyada müstəqillik referendumu keçirilir

Bu gün Şotlandiyada müstəqilliklə bağlı referendum keçirilir. Lent.az-ın “Əl-cəzirə”yə istinadən verdiyi xəbərə görə, referendum yerli vaxtla saat 07.00-da başlayıb. 16 yaşdan yuxarı 4 milyondan çox insan ölkədəki 2 min 608 seçki məntəqəsində axsam saat 22.00-yə qədər səs hüququndan istifadə edəcək.

 

Seçicilər bülletendəki “Şotlandiya müstəqil ölkə olmalıdırmı?” sualına “Bəli”, yaxud da “Xeyr” cavabını verməlidir.

 

Keçirilmiş rəy sorğuları müstəqillik tərəfdarları və müstəqillik əleyhdarlarının təxminən bərabər olduğunu göstərir.

 

Şotlandiya müstəqil olacağı təqdirdə 24 mart 2016-cı ildə rəsmən Böyük Britaniyadan ayrılacaq.

 

Şotlandiya İngiltərə, Uels və Şimali İrlandiya ilə birlikdə Böyük Britaniyanın tərkibindəki 4 ölkədən biridir. Şotlandiya Böyük Britaniyada 5,5 milyon əhali ilə İngiltərədən sonra ən çox əhalisi olan ikinci ölkədir.

 

Şotlandiya 1707-ci ildə şotland və ingilis parlamentləri tərəfindən qəbul edilmiş Birləşmə qanunu ilə Böyük Britaniyanın hakimiyyəti altına keçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 703

Oxşar yazılar

Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

18 iyul 2025 , 02:14
Şahin Şıxlinski axtarışa verildi

Şahin Şıxlinski axtarışa verildi

17 iyul 2025 , 21:09
Müəllim bu fotolarına görə işdən qovuldu

Müəllim bu fotolarına görə işdən qovuldu

17 iyul 2025 , 18:16
Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu:  bunu necə etdi?

Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu: bunu necə etdi?

17 iyul 2025 , 17:34
İsrail ordusunda  İNTİHARLAR:   2011-ci ildən bəri ən yüksək göstərici 

İsrail ordusunda İNTİHARLAR: 2011-ci ildən bəri ən yüksək göstərici 

17 iyul 2025 , 16:22
575 bal yığan abituriyenti evdən qovdular

575 bal yığan abituriyenti evdən qovdular

17 iyul 2025 , 15:09