Şotlandiyada avtomobil yarışında qəza: 2 tamaşaçı ölüb
01 iyun 2014 05:14 (UTC +04:00)

Şotlandiyada avtomobil yarışında qəza: 2 tamaşaçı ölüb

0

Mayın 31-də Britaniyada avtomobil yarışında faciə baş verib.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, maşınlardan biri tamaşaçıların üstünə sürülüb. Nəticədə iki tamaşaçı ölüb, bir neçə nəfər isə ciddi xəsarət alıb.

 

Şahidlərin sözlərinə əsasən, olay yerinə bir vertolyot və 15 təcili yardım maşını cəlb edilib. Olaydan sonra yarış dayandırılıb.

 

Məlumatda bildirilib ki, hadisə Şotlandiyanın cənubunda  İngiltərə ilə sərhəddə, Koldstrim şəhəri ərazisində, “Formula1” yarışının məşhur şotland idmançısı Cim Klark adına küçədə baş verib. O, 1968-ci ildə yarış zamanı ölüb.

 

Ralli hər il üç gün ərzində həmin rayonda keçirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 851

Oxşar yazılar