Qlazqoda Şotlandiyanın müstəqilliyi haqqında referendumun nəticələrinin elan olunmasından sonra baş vermiş iğtişaşlara görə 11 nəfər saxlanılıb. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, sentyabrın 19-da Qlazqodakı meydanlardan birində Şotlandiyanın müstəqilliyinin tərəfdarları və əleyhdarlarının aksiyaları zamanı bir neçə toqquşma baş verib.
Xatırladaq ki, sentyabrın 18-də keçirilmiş referendumda Şotlandiyanın müstəqilliyinin əleyhdarları 54 faiz səslə qələbə qazanıb. Müstəqilliyin tərəfdarları isə 46 faiz səs toplayıblar.