"Facebook"da video paylaşıb özünü öldürdü
16 oktyabr 2014 17:04 (UTC +04:00)

"Facebook"da video paylaşıb özünü öldürdü

0

Türkiyədə 35 yaşlı şəxs intihar edib. Lent.az-ın habertürk-ə istinadən verdiyi məlumata görə, Mehmet Pişkin adlı şəxs intihar edəcəyi ilə bağlı "facebook"da 14 dəqiqəlik video yerləşdirib və bundan sonra özünü öldürüb. Sosial şəbəkədəki videonu görən Mehmetin dostları 15 dəqiqəyə onun evinə gəliblər. Lakin artıq gec olub.

 

Mehmet Pişkin yerləşdirdiyi videoda intiharı ilə bağlı danışıb və sonda emasional bir mahnı yerləşdirib: “Bu gündən həyatıma son qoyuram. Həyatıma gözəllik qatan hər kəsə təşəkkür edirəm. Onu da deyim ki, mən öləndən sonra basdırılmaq istəmirəm”.

 

Yaxınlarının bildirdiyinə görə, şirkətlərdən birində çalışan Mehmet Pişkin təcrübəli, işgüzar şəxs olub.

 

Qeyd edək ki, Mehmetin sosial şəbəkələrdə yaydığı bu video bu gün Türkiyədə geniş müzakirə mövzusu olub.

Mehmet Pişkin'in İntihar Notu from Mehmet Pişkin'in İntihar Notu on Vimeo.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2043

Oxşar yazılar