Son 1 gündə 12 şəhid
19 fevral 2016 15:31 (UTC +04:00)

Son 1 gündə 12 şəhid

 

Türkiyədə son 24 saatda 12 nəfər şəhid olub.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, bu gün Surda aparılan əməliyyat zamanı 2-si polis , 2-si əsgər olmaqla 4 təhlükəsizlik işçisi şəhid olub. Bununla Türkiyədə son 24 saat ərzində şəhid sayı 12-yə çatıb. Belə ki, son 24 saatda Diyarbəkir və Şırnaqda meydana gələn silahlı basqınlar zamanı şəhid olan təhlükəsizlik işçilərindən 3-ü polis, 9-u əsgərdir. Paytaxt Ankarada 28 nəfərin ölümü ilə nəticələn faciədən sonra Diyarbəkir Bingöl Karayolunda dünən səhər PKK terrorçuları tərəfindən əsgər avtobusu uzaqdan partladılıb. Nəticədə 6 əsgər şəhid olub, 1 nəfər yaralanıb. Şırnakın İdil mahalındakı əməliyyatda isə bir əsgər ilə bir polis şəhid olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 268

Oxşar yazılar