Son 10 ildə Vatikan uşaqbazlıqda, pedofiliyada suçlandırılan 3 min 420 keşişin cinayət işini araşdırıb. Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, onlardan “884-ü keşişlikdən uzaqlaşdırılıb”.
Roma-katolik kilsəsinin BMT və Cenevrədəki başqa beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi arxiyepiskop Silvano Tomazi BMT-nin işgəncələrə qarşı komitəsinin 52-ci sessiyasında bu haqda məlumat verib.
Tomazi onu da bildirib ki, hüquqi cəhətdən katolik kilsəsi başqa dövlətlərdə baş verən bu sayaq cinayətlərə görə məsuliyyət daşımır.