Əfqanıstan hökumətinin hesabatına əsasən, 10 il ərzində yaraqlılarla döyüşdə ölkədə təhlükəsizlik qüvvələrinin 14 min əməkdaşı həlak olub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, başqa sözlə hər gün 4 hərbçi öldürülüb. Bu müddət ərzində 16,5 mindən çox hərbçi və hüquq mühafizə orqanlarının əməkdaşı yaralanıb.
Mənbə bildirib ki, dinc əhali arasında həlak olanları sayı daha çoxdur. BMT-nin bir müddət öncəki açıqlamsına əsasən, təkcə 2013-cü ildə 3 min dinc sakin öldürülüb.
Məlumata əsasən, xarici hərbi qüvvələr yavaş-yavaş Əfqanıstanı tərk etməyə başlayandan sonra ölkənin təhlükəsizlik qüvvələri arasında həlak olanların say kəskin çoxalıb.