Somalidə ilk bankomat istifadəyə verildi
07 oktyabr 2014 23:11 (UTC +04:00)

Somalidə ilk bankomat istifadəyə verildi

0

Somalinin paytaxtı Moqadişoda ilk bankomat quraşdırılıb. Lent.az-ın “BBC”-yə istinadən verdiyi xəbərə görə, somalililərin əksəriyyəti pul vəsaitlərinin nağdılaşdırılması üçün istifadə olunan qurğunu həyatında ilk dəfədir ki görür və bu yenilik əhali arasında heyrətə səbəb olub.    

 

“Salaam Somali Bank”-ın Moqadişonun mərkəzindəki oteldə quraşdırılmış bankomatı vasitəsilə ABŞ dollarlarının nağdılaşdırılması mümkündür.

 

Qeyd edək ki, uzun müddətdir ki Somalidə davam edən münaqişə ölkədə bank sektorunun zəif inkişaf etməsinə səbəb olub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 918

Oxşar yazılar