Türkiyənin Manisa şəhərindəki Soma kömür mədənində yanğın baş verib. Lent.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, karbonmonoksit qazının artmasından sonra mədəndə işlər dayandırılıb və işçilər təxliyə edilib.
Soma kömür mədənində bu il mayın 13-də baş vermiş partlayış nəticəsində 301 nəfər həyatını itirib. Baş vermiş faciədən sonra mədənin fəaliyyəti dayandırılsa da, müsbət təqdimatın verilməsi ilə oktyabrın 15-də mədən istehsala başlayıb.