Bolqarıstanın paytaxtı Sofiyada miqrantlar arasında kütləvi dava baş verib.
APA-nın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 3 Əfqanıstan vətəndaşı müxtəlif dərəcəli bıçaq yaraları alıb.
İlkin versiyaya görə, dava pul üstündə düşüb. Qeyd olunur ki ki, polis gələnədək davanın əksər iştirakçıları hadisə yerindən qaçıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların həyatına təhlükə olmadığı bildirilir.
BMT-nin hesablamalarına görə, ötən ilin əvvəlindən Avropaya gələn miqrantların sayı 1 milyona çatıb.