İyunun 26-da 63 yaşında SMS fin texnologiyasını yaradan Matti Makkonen ölüb.
Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, Makkonen mobil telefonların köməyi ilə qısa xəbərlərin (mesajların) göndərilməsi ideyasının yaradıcısı kimi məşhurdur. Bununla belə, o, həmişə bildirib ki, mesaj xidmətinin yaradılması onun şəxsi deyil, kollektiv işin bəhrəsidir.
Makkonen uzun sürən xəstəlik nəticəsində ölüb, ancaq onun ölümü haqqında informasiya yalnız indi yayılıb.
Qeyd edək ki, “SMS”-in yaranma tarixi Danimarka ilə bağlıdır. Belə ki, 1984-cü ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən mobil rabitə üzrə konfransa gəlmiş finlandiyalı mühəndis Matti Makkonen iki həmkarı ilə pizzaxanada keçirilmiş qeyri-rəsmi görüşdə “GSM” şəbəkələrdə qısa mesajlarla mübadilə sisteminin konsepsiyasını müzakirə edib. “GSM” o dövrdə sırf Skandinaviya standartı olub və yalnız bir neçə il sonra ümumavropa standartı kimi təsdiq edilib.