Sloveniyanın baş naziri Alyenka Bratuşek istefa vermək niyyətində olduğunu bəyan edib.
Lent.az-ın “euronews”-a istinadən məlumatına görə, bununla belə o, növbədənkənar parlament seçkisi keçirilənədək koalision hökumətə başçılıq edəcəyini söyləyib.
Bir müddət öncə o, bildirmişdi ki, əgər partiya seçkisində uduzsa, onda baş nazir vəzifəsindən də gedəcək. Ötən həftə sağ mərkəzçi “Pozitiv Sloveniya” Partiyasında keçirilən seçkidə məğlub olub.
Sloveniyanın indiki hökuməti 2013-cü ilin martında formalaşıb. O, korrupsiyada ittiham olunana Sloveniya Demokratik partiyasının lideri Yanez Yanişi bu postda əvəz edib.
Xatırladaq ki, ölkədə parlament seçkisi bu ilin iyulunda keçiriləcək.