Sloveniya polisi miqrantlara qarşı zorakılıq etdi:10 yaralı
19 sentyabr 2015 02:52 (UTC +04:00)

Sloveniya polisi miqrantlara qarşı zorakılıq etdi:10 yaralı

Sloveniya polisi Xorvatiya ilə sərhəddə miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, insident “Harmitsa” nəzarət-keçid məntəqəsində qeydə alınıb.

 

Miqrantlar  polis kordonlarını yararaq Sloveniya ərazisinə keçməyə cəhd edib. İnsident nəticəsində 10 nəfərin xəsarət aldığı bildirilir.

 

Qeyd edək ki, Sloveniya sentyabrın 18-də qaçqın axını ilə əlaqədar Xorvatiya ilə dəmir yol əlaqəsini kəsib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 323

Oxşar yazılar