Sloveniya “Türk axını” layihəsində iştirak etməyı planlaşdırmır
28 iyul 2015 01:24 (UTC +04:00)

Sloveniya “Türk axını” layihəsində iştirak etməyı planlaşdırmır

 

 

Bakı-APA. Sloveniyanın baş naziri Miroslav Tserar rusiyalı həmkarı Dmitri Medvedev ilə görüşünün nəticələrinə dair keçirilən mətbuat konfransında bildirib ki,  Sloveniya hələlik “Türk axını” qaz borusu layihəsinə qoşulmağı planlaşdırmır.  Bu barədə APA “Gazeta.ru”ya istinadən xəbər verir.

 

“Bizə “Türk axını” layihəsində iştirak etmək təklif olunur. Belə bir əlaqə yarandıqda Sloveniya Aİ çərçivəsində əvvəlcə öz yerini tapmalı, layihə iştirakçısı olmaq imkanını dəyərləndirməlidir. Belə  halın baş verəcəyi təqdirdə biz iştirakçı olmaq üçün əlimizdən gələni edəcəyik. Lakin bu halın  hələlik çox uzaq olduğu üçün nə isə konkret  deməyə çıtindir”, deyə Tserar bildirib.

 

Qeyd edək ki, bundan əvvəl Medvedev Avropaya səslənərək “Türk axını” ilə bağlı mövqeyini müəyyənləşdirməyə çağırıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 236
avatar

Oxşar yazılar