Slavyanskda daha bir Ukrayna helikopteri vuruldu - YENİLƏNİB
06 may 2014 10:14 (UTC +04:00)

Slavyanskda daha bir Ukrayna helikopteri vuruldu - YENİLƏNİB

0

Ukraynanın şərqində silahlı separatçı və terrorçuların əsas dayaq nöqtəsinə çevrilmiş Slavyansk ətrafında daha bir Ukrayna helikopteri vurulub.


 

 APA-nın xəbərinə görə, Ukrayna Müdafiə Nazirliyi bu gün yerli vaxtla saat 14.30-a yaxın antiterror əməliyyatının keçirildiyi Slavyansk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin “Mi-24” helikopterinin vurulduğunu açıqlayıb.

 

Helikopter çaya düşüb. Ekipaj üzvləri sağ qalıb və Antiterror Mərkəzinin operativ briqadası tərəfindən hadisə yerindən aparılıb. Helikopterin pulemyot atəşi ilə vurulduğu güman olunur.

 

Xatırladaq ki, bir neçə gün əvvəl Slavyansk ətrafında daha 2 helikopter vurulmuşdu. Rusiya Ukraynanın şərqində inzibati binaları ələ keçirən və hökumət qüvvələrinə silahlı müqavimət göstərən qrupları “dinc sakin” adlandırır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1857

Oxşar yazılar