Mayın 10da Ukraynanın Slavyansk şəhəri ətrafında keçirilən antiterror əməliyyatı zamanı bir qrup silahlı terrorçu tutulub.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, “Radio Svaboda” bildirib ki, yaraqlılar mayın 11-də keçiriləcək “referendum”un doldurulmuş bülletenlərini aparırmış.
Məlumata əsasən, yüz mində çox belə bülleten ələ keçirilib.
Həmin bülletenlərini hamısında “Donetsk Xalq Respbulikasının müstəqillyiinin dəstəkləyirsinizmi” qrafasında “HƏ” yazılıbmış. Rusiyayönlü separatçılardan avtomat, tapança və güllə müsadirə edilib.