Skotland Yard binası satıldı
10 dekabr 2014 10:50 (UTC +04:00)

Skotland Yard binası satıldı

0
London polisinin 1967-ci ildən bəri yerləşdiyi Skotland Yard binası 370 milyon funt-sterlinqə satılıb.

 

APA-nın “The Guardian” qəzetinə istinadən verdiyi xəbərə görə, binanı Birləşmiş Ərəb Əmirliklərindən “Abu Dhabi Financial Group” satın alıb. 

 

Bina satışa çıxarıldığı qiymətdən 120 milyon funt baha qiymətə satılıb. Sentyabr ayında London meriyası binanı 250 milyon funta satışa çıxarıb. Bu qərar xərclərin ixtisarı çərçivəsində verilib.

 

Binanın dağıdılaraq yerində lüks yaşayış kompleksinin tikiləcəyi bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar