Sisi: “Bizə ABŞ-ın silahı və dəstəyi lazımdır”
16 may 2014 07:44 (UTC +04:00)

Sisi: “Bizə ABŞ-ın silahı və dəstəyi lazımdır”

Misir prezidentliyinə namizəd, keçmiş müdafiə naziri, feldmarşal Əbdülfəttah əs-Sisi terrorçuluğa qarşı mübarizədə  Vaşinqtonu Qahirəyə yardım etməyə çağırıb.

 

Lent.az-ın «nysuru»-ya istinadən məlumatına görə, “Röyter”-ə müsahibəsində o, deyib ki, yalnız bu yolla Misirin ikinci Əfqanıstana çevrilməsinin qarşısını almaq olar.

 

“Misir ordusu Sinay yarımadasında terrorçulara qarşı irimiqyaslı kampaniya aparır. Onun məqsədi Sinaya terrorçuların bazasına çevrilməsinin qarşısını almaqdır. İstiraqasız Misir bütövlükdə Yaxın Şərqə sabitsizlik gətirəcək”-deyə, o, vurğulayıb.

 

 

Əs-Sisi ABŞ-ı Misirə hərbi yardımı bərpa etməyə çağırıb. Bu yardım 2013-cü ilin yayında  Məhməmməd Mursinin hakimiyyəti devrildikdən sonra dayandırılıb.

 

 

“Biz savaşırıq. Bu savaşda qalib gəlməyimiz üçün bizə ABŞ-ın dəstəyi və silahı lazımdır”-deyə, o, söyləyib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1256
avatar

Oxşar yazılar