Şimali Koreyanın ali rəhbəri Kim Çen In ölkə rəhbərliyindəki növbəti “təmizləmə” çərçivəsində ordunun siyasi idarəsinin rəisi, vitse-marşal Çxve Ren Xeni tutduğu vəzifədən azad edib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, o, Koreya Xalq Demokratik Respublikasının siyasi ierarxiyasında Kim Çen Indan sonra ikinci şəxs sayılırdı.
Onun yerinə partiya funksioneri Xvan Ben So təyin olunub. Aprelin sonunda Kim Çen In ona vitse–marşal rütbəsi verib.
Ölkənin ali lideri ötən ilin dekabrında dayısı Çan Son Txgki edam etdirəndən sonra Çxve Ren Xg Kim ali rəhbərin ən yaxın yardımçısı və ölkənin ikinci adamı olmuşdu.