Cənubi Koreyanın Müdafiə Nazirliyi bildirib ki, Sarı dənizdəki Yeongpyeong adası yaxınlığında Şimali Koreya ilə qarşıdurma yaşanıb. Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, Şimali Koreyaya məxsus gəmidən cənublulara aid patrul gəmisinə top atılıb.
Cənubi Koreyadan da uyğun cavab verilib. Qarşıdurmanın qısa müddətə davam etdiyini bildirən, səlahiyyətli şəxslər olay nəticəsində ölən və xəsarət alanın olmadığını deyib.
Məlumata əsasən, qarşıdurma olan ərazidən balıqçılar çıxarılıb.
Mənbə xatırladıb ki, 2010-cu ildə Şimali Koreyanın Yeongpyeong adasına basqını nəticəsində 4 nəfər ölmüşdü.