Şimali Koreyadan uğurlu raket buraxılışı
07 fevral 2016 06:29 (UTC +04:00)

Şimali Koreyadan uğurlu raket buraxılışı

0

Şimali Koreya  şimal-qərbdəki kosmodromdan raket buraxılışı həyata keçirib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, KXDR-in orbitə müşahidə peyki buraxılması barədə bəyanatlar verməsinə baxmayaraq, dünyada Pxenyanın qitələrarası ballistik raketin sınaqdan keçirdiyi ehtimal olunur.   

 

Cənubi Koreyanın “Renhap” agentliyinin məlumatına görə,  Şimali Koreyanın  raket buraxılışından sonra Cənubi Koreyanın prezidenti Pak Kın Xe təcili iclas çağırıb.

 

Yaponiyanın baş naziri Sindzo Abe Pxenyanın uzaqmənzilli raketin buraxdığını bildirib. 

 

ABŞ-ın Müdafiə Nazirliyi KXDR-in buraxdığı raketin trayektoriyasını nəzarətdə saxladığını və onun ABŞ və müttəfiqləri üçün təhlükə yaratmadığını bildirib.   

 

Pentaqonun rəsmi nümayəndəsi vəziyyətin mütəxəssislər tərəfindən tam nəzarətə götürüldüyünü qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 379

Oxşar yazılar