Şimali Koreya hər an nüvə silahından istifadə edə bilər.
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu Şimali Koreyanın lideri Kim Çen In bəyan edib.
“Koreya Xalq Demokratik Respublikası preventiv zərbələrin endirilməsi imkanını əldə edilməsi məqsədi ilə özünün hərbi doktrinasına yenidən baxacaq”, deyə Kim Çen In bildirib.
Qeyd edək ki, ötən gün Şimali Koreya Yapon dənizinə doğru bir neçə yaxın mənzilli raket buraxıb.
Martın 2-də isə BMT Təhlükəsizlik Şurası və ABŞ-ın Maliyyə Nazirliyi KXDR-ə qarşı yeni sanksiyalar paketini tətbiq edib.