Şimali Koreya Yapon dənizinə doğru bir neçə yaxın mənzilli raket buraxıb. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, ötən gün BMT Təhlükəsizlik Şurası və ABŞ-ın Maliyyə Nazirliyi KXDR-ə qarşı yeni sanksiyalar paketini tətbiq edib.