Şimali Koreya üç amerikalıdan birini azad etdi
21 oktyabr 2014 22:54 (UTC +04:00)

Şimali Koreya üç amerikalıdan birini azad etdi

0

Koreya Xalq Demokratik Respublikası əvvəl saxlanılan 3 ABŞ vətəndaşlarından birini azadlığa buraxıb.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 56 yaşlı Ceffri Foul bu ilin mayında qeyr-qanuni hərəkətlərə görə həbs edilmişdi.

 

ABŞ KİV-ləri onun missioner fəaliyyəti ilə məşğul olduğu, Şimalı Koreyanın Çonqcin şəhərinin dəniz klubunda İncili qoyub getdiyini vurğulayırlar.

 

“Bu müsbət qərardır. Biz Şimalı Koreyanı  Kennet Be və Metyu Milleri də sərbəst buraxmağa çağırırıq”, deyə ABŞ administrasiyasının nümayəndəsi Coş Ernest bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 580

Oxşar yazılar