Şimali Koreya nüvə sınağı keçirməyə hazırlaşır
11 may 2014 03:37 (UTC +04:00)

Şimali Koreya nüvə sınağı keçirməyə hazırlaşır

Şimal Koreya rəhbərliyi bildirib ki, “ölkənin suverenliyini qorumaq məqsədi ilə” dördüncü nüvə sınağının keçirməyə hazırlaşır.

 

Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, rəsmi Pxenyan bu tədbiri keçirməkdə israrlıdır.

 

Mənbənin xatırlamasına əsasən, bu həftənin əvvəlində Cənubi Koreyanın müdafiə naziri Kim Kvan Cin bildirmişdi ki, Şimal Koreya 4-cü sınacağı keçirməyə hazırlaşsa da, bu partlayışı gerçəkləşdirməkdən imtina da edə bilər.

 

Cənubi Koreyanın xarici işlər naziri Yun Ben Se isə növbəti nüvə sınağının keçirilməsinin ciddi nəticələrinin olacağı haqda BMT-ni  rəsmi Pxenyana xəbərdarlıq etməyə çağırıb.

 

Xatırladaq ki, Şimali Koreya 2006, 2009 və 2013-cü illərdə nüvə sınağı keçirib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 832
avatar

Oxşar yazılar