Şimali Koreya kiçik mənzilli raketləri sınaqdan çıxarıb
27 iyul 2014 00:38 (UTC +04:00)

Şimali Koreya kiçik mənzilli raketləri sınaqdan çıxarıb

0

Şimali Koreya özünün Yapon dənizi akvatoriyasındakı şərq sahillərində bir neçə kiçik mənzilli ballistik raketi sınaqdan çıxarıb.

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, uyğun xəbəri Cənubi Koreya Silahlı Qüvvələri qərargah rəislərinin birləşmiş komitəsi yayıb.

 

Komitənin məlumatına əsasən, raketlər Yansan yarımadası rayonunda buraxılıb.

 

Sınaqdan çıxarılan raketlərin “Skad” tipinə aid olduğu ehtimal edilir. Bu raketlər 500-600 km-də yerləşən hədəfi vurmaq qabiliyyətinə malikdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 842

Oxşar yazılar