Silahlılar avtobusları ələ keçirib 14 nəfəri öldürdülər
26 iyul 2014 14:06 (UTC +04:00)

Silahlılar avtobusları ələ keçirib 14 nəfəri öldürdülər

0

 

Silahlı şəxslər Əfqanıstanda iki mikroavtobusu ələ keçirərək, 14 sərnişini qətlə yetiriblər.

 

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, Qor vilayəti rəsmiləri sərnişinlərin çoxunun Hazara etnik şiə azlığının nümayəndəsi olduğunu bildirib.

 

Əyalətin qubernatoru Səid Ənvər Rəhməti deyib ki, silahlılar iki mikroavtobusun qarşısını kəsib, sərnişinlərin şəxsiyyət vəsiqələrini yoxlamağa başlayıb. Daha sonra 32 sərnişin arasından 14 nəfəri seçərək güllələyiblər. Ölənlər arasında 3 qadın və bir uşağın da olduğu bildirilir.

 

Əfqanıstan DİN sözçüsü Sədiq Sədiqi bu terror hücumunun arxasında “Taliban” yaraqlılarının dayandığını bəyan edib.

 

"Hücumun məqsədi insanları qorxutmaqdır", S. Sədiqi deyib.

 

“Taliban” qruplaşması isə bu ittihamı rədd edib. Qruplaşmanın sözçüsü  Zəbulullah Mücahid açıqlama verib ki, onlar belə cinayətləri pisləyirlər və günahkarların tapılıb cəzalandırılmasına çalışacaqlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1120

Oxşar yazılar