Silah anbarında güclü partlayış 9 can aldı
29 mart 2015 06:04 (UTC +04:00)

Silah anbarında güclü partlayış 9 can aldı

Yəmənin Aden şəhərində yerləşən silah anbarında baş vermiş partlayış nəticəsində azı  9 nəfər ölüb. APA-nın verdiyi xəbərə görə, bu barədə “Frans Press”ə  hökumət dairələrindəki mənbə bildirib.

 

Dağıntılar altında daha çox meyitlərin aşkarlanacağı istisna olunmur.  

 

Məlumata görə, ilk partlayışlardan sonra talan məqsədi ilə anbara bir qrup şəxs daxil olub. Onların da ölənlər arasında olduğu istisna olunmur.

 

Bu arada ölkəni tərk etmiş prezident Əbd Rəbbu Mənsur Hadi Adenə dönmək niyyətində olmadığını bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 272
avatar

Oxşar yazılar