Sığınacaq alsınlar deyə "Quran"ı yandırdılar
24 yanvar 2015 15:42 (UTC +04:00)

Sığınacaq alsınlar deyə "Quran"ı yandırdılar

0

Türkiyədə “Qurani-Kərim” yandırılıb. Lent.az-ın milliyyet.com.tr-yə istinadən məlumatına görə, Manisa şəhərində məscidin qarşısında biri kişi olmaqla, 3 nəfər “Qurani-Kərim”i yandırıb. Hər üç şəxsin İran İslam Respublikasının vətəndaşı olduğu bildirilib. Bu hərəkət ətrafda olan şəxslərinin qəzəbinə tuş gəlib. Bundan sonra həmin şəxslərlə vətəndaşlar arasında dava düşüb. Polisin hadisəyə müdaxiləsindən sonra onları ayırmaq mümkün olub. Hər 3 iranlı həbs olunub. Onlar bunu Avropada sığınacaq almaq üçün elədiklərini bildiriblər. 

 

Faktla bağlı araşdırma aparılır.



 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar