Sierra-Leonedə əhaliyə evlərini tərk etməyə qadağa qoyuldu
06 sentyabr 2014 05:25 (UTC +04:00)

Sierra-Leonedə əhaliyə evlərini tərk etməyə qadağa qoyuldu

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, sentyabrın 18-dən 21-dək əhaliyə evlərini tərk etməyə qadağan ediləcək.

 

Təxmin edilir ki, tədbir nəticəsində həkimlər əsaslı surətdə yoxlamalar keçirərək virusa yoluxmanı ilkin mərhələsində müəyyən edə biləcəklər.

 

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə,  Qərbi Afrikada Ebola virusuna yoluxanların sayı 3967 nəfərə çatıb, 2105 nəfər vəfat edib. Ən çox ölüm halları Liberiyada qeydə alınıb - 1089 nəfər. Sierra-Leonedə isə hər həftə 150 nəfər ölümcül virusa yoluxur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 838
avatar

Oxşar yazılar